Ürək-damar sistemi xəstəliklərinin ƏSAS 5 RİSK FAKTORU. Özünüzü yoxlayın!

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ürək-damar sistemi xəstəlikləri və onların ağırlaşmaları bütün dünyada ölümün əsas səbəbi sayılır.

İldən ilə bu xəstəliklərdən dünyasını dəyişən insanların sayı artır. Artıq bu xəstəliklər xeyli cavanlaşıb və bu da vaxtından qabaq ölümlərin hallarını artırır.

Sizə ürək-damar sistemi xəstəliklərinin əsas 5 risk faktorunu təqdim edirik:

1. Hipertoniya (yüksək təzyiq) – normada 140/90 mm c.st. aşağı olmalıdır.

2. Qanda xolesterolun səviyyəsinin yüksək olması (normada 5 mmol/l az olmalıdır).

3. Artıq bədən çəkisi. Bədən çəkisinin normaya uyğun olub-olmadığını təyin etmək üçün xüsusi formul mövcuddur: çəkinizi (kq) boyun metrlə hesablanan ölçüsünün kvadratına bölün – bədən çəkisi (kq):boy (m2). Alınan nəticə bədən kütləsi indeksi adlanır. Bu indeks 25-dən az olmalıdır. Nəticə 25-dən artıqdırsa, sizin artıq çəkiniz var.

Məsələn, əgər sizin boyunuz – 1m 60 sm (1,6), çəkiniz isə 65 kq olarsa, bədən kütləsi indeksini təyin etmək üçün siz belə hesabat aparmalısınız = 65 : (1,6×1,6) = 65 : 2,56 = təxminən 25,4.

4. Bel çevrəsi: normada qadınlarda 80 sm-dən, kişilərdə 94 sm-dən az olmalıdır.

5. Qanda qlükozanın səviyyəsinin yüksək olması: 6,1 mmol/l-dən az olmalıdır.

Beləliklə, lazım olan analizlər verib və hesablamalar aparıb, siz özünüz özünüzdə ürək-damar sistemi riskini təyin edə bilərsiniz. Əgər risk yüksəkdirsə, vaxt itirmədən kardioloqa müraciət edin.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.