Ürəyin əsas damarlarının tutulmasını göstərən əlamətlər

“Son vaxtlar bütün dünyada ürək-damar xəstəlikləri geniş yayılıb. Təbii ki, bu xəstəliyin səbəbləri barədə məlumatlısınız. Lakin müasir dünyada stressdən, əsəbdən, oturaq həyat tərzindən yan keçmək mümkün deyil. Bütün bunlar hər şeydən əvvəl, gecə-gündüz, dayanmadan işləyən ürəyə təsir edir”.

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəis uzman ürək cərrahı İlqar Tahiroğlu bildirib ki, koronar damarların tıxanması və daralması dərəcəsinə görə müəyyən simptomları vardır. Ümumyyətlə, ürək xəstəliklərinin ən çox rast gəlinən əlaməti ağrıdır.
Ağrı fiziki aktivliklə olur və dincələndə keçirsə, koronar (tac damar) damarlarla bağlı olma ehtimalı çoxdur. Sinə ağrısının xarakteri təzyiq hissi, göynəmə, sıxılma, yanma şəklindədir və sinədən başlayaraq boyuna, sol qola, çənəyə yayılır. Ürəyi qidalandıran damarların daralması nəticəsində yetəri qədər oksigen ala bilməyən ürək əzələsi bunu ağrı ilə biruzə verir. Bu ağrı koronar arteriya xəstəliyinin ilkin əlamətidir.

Digər simptomlar nəfəs darlığı, ürək döyüntüsü, zəiflik, qollarda uyuşma, güc itkisi, huşun itirilməsidir. Bu simptomları özünüzdə hiss edərsinizsə, mütləq mütəxəssis həkimə müraciət etməlisiniz! Özünümüalicə ilə məşğul olmaq yolverilməzdir. Belə ki, ürəklə zarafat olmaz, bu, ciddi fəsadlar verə bilər, hətta qəfil ölümlə nəticələnə bilər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.