Apteklərdə ucuz qiymətə satılan yemişan tinkturası (rus dilində – “настойка боярышника”) ürək fəaliyyətinin pozulması zamanı çox effektli təbii müalicəvi vasitədir.
Yemişan ürək və damarlar üçün faydalı olan bir sıra maddələrlə zəngindir. Bu maddələr arasında kversetin, hiperin, hiperozid, orqanik turşular, qlikozidlər və s.
Orqanik.az bildirir ki, bu maddələrin sayəsində yemişan
– mərkəzi sinir sistemini və ürək əzələsini sakitləşdirir,
– ürək əzələsinin yığılmasını yaxşılaşdırır,
– ürək və beyinin qan dövranını yaxşılaşdırır,
– ürək ritmini tənzimləyir, müxtəlif aritmiyalar zamanı kömək edir,
– beyin və ürək damarlarını genişləndirir,
– təzyiqi salır,
– damarların divarlarının funksiyalarını yaxşılaşdırır,
– antisklerotik təsir edir.
Yemişan tinkturası həmçinin sakitləşdirici vasitə kimi istifadə olunur və klimaks zamanı qadınlara kömək edir.
Bütün digər müalicəvi vasitələr kimi yemişan tunkturasını yalnız həkimlə məsləhətləşdikdən sonra qəbul etmək olar.
Orqanik.az