Kosmetik vasitələrin çox baha olduğu hamıya məlumdur. Gözəl görünmək üçün isə hamının az da olsa kosmetikaya ehtiyacı var. Sizləri ucuz tibbi vasitələrdən kosmetik vasitə kimi istifadə edilə bilnəcək bəzi dərmanlarla tanış etmək istəyirik.
Sink mazı
Bahalı kosmetik vasitələrdən istifadə edərək üzünüzdəki səpgilərdən xilas olmaqdansa adi sink mazından istifadə edə bilərsiniz. Onsuzda həmin kosmetik vasitələrin də tərkibində olan sink sizin dərinizi səpgilərdən sağaldır.
Retin (retinol) mazı
Bahalı kosmetik kremlərdən istifadə edərək dərinizi qidalandırmaqdansa retin mazı ilə üzünüzü silsəniz daha faydalı olar. Retin mazı (A vitamini) dərinin tonusunu yüksəldir, cavanlaşdırır, qızarmanı və həssaslığı aradan qaldırır. Bu maz dəridəki piqment ləkələrinin də aradan qalxmasına səbəb olur.
Aspirin
Aspirini qızdırmasalıcı həb kimi tanıyırıq. Onu əzib smetanla qarışdıraraq üzə sürtən zaman isə dərinin qırışlarını açdığını bilmirik. Bunun üçün 1 həb aspirin əızilir, 1 çay qaşığı smetanla qarışdırıb üzdə 15 dəqiqə saxlanılır. Nəticə isə birinci prosedurdan bəlli olur.
Kalendula
Kalendulanın spirtdə olan cövhəri əksər aptekçalarda var. Onu üzə sürtdükdə dəridəki qara nöqtələrdən xilas olmaq mümkün olur.
Tokoferol
Bu E vitamininin apteklərdə kapsul şəklində satılan adıdır. Bu kapsulu iynə ilə deşib içərisində yağı dırnaqlara sürtdükdə dırnaqlar möhkəmlənir.
Aevit
Aevit A və E vitaminlərinin qarışığından ibarət olan vitamindir. Aevit kapsullarındakı yağını 2 həftə ərzində dəriyə sürtdükdə dəridə cavanlaşma prosesi gedir.
Solkoseril mazı
Solkoseril mazı dəri toxumasını qlükoza və oksigenlə qidalandırır, dərinin kollagen sintezinin sürətləndirir. Bu maz ən bahalı gecə kremini əvəz edə bilir. 2-3 həftə kremi yatmazdan əvvəl üzə sürtmək dərini gözəlləşdirir.
Orqanik.az