Havalar soyuduqca dəridə çatlar və qabıq yaranmağa başlayır.
Orqanik.az Axşam.az-a istinadən ev şəraitində hazırlayıb istifadə edə biləcəyiniz ən sadə maska reseptini təqdim edir.
Tərkibi:
¼ avokado
1 xörək qaşığı aloe vera
1 xörək qaşığı yulaf
Avokadonu əzib püre şəklinə gətirin, aloe veranın şirəsi və yulafla qarışdırın. Maskanı təmiz üzə çəkib, 10-15 dəqiqə gözləyin və ilıq su ilə yuyun. Maskanı dəridən çıxarmaq üçün yumşaq bir şəkildə masaj edə bilərsiniz.
Orqanik.az