Hipertoniyadan əziyyət çəkən insan üçün ən əsas məqsəd təzyiqi eyni səviyyədə saxlamaq, təzyiqin kəskin qalxmasının qarşısını almaqdır.
Hipertoniya zamanı məhz təzyiqin tez-tez və kəskin şəkildə qalxıb-enməsi çox təhlükəlidir və ağır fəsadların inkişafına (insult, infarkt) səbəb ola bilər.
Hipertoniyadan əziyyət çəkən insan təzyiqini normada saxlmaq üçün ona təyin olunmuş preparatları vaxtı-vaxtında qəbul etməli, bədən çəkisini normada saxlamalı, sağlam qidalanmalıdır.
Sağlam qidalanma hipertoniyaya nəzarət prosesində böyük rol oynayır. Bəzi məhsullar var ki, onların müntəzəm istehlakı təzyiqi eyni səviyyədə saxlamağa yardım edir.
Orqanik.az sizə bu məhsulların siyahısını təqdim edir.
– Bişmiş kartof
Bu sadə məhsul kalium və maqneziumla zəngindir. Məhz kalium və maqnezium təzyiqi normallaşdırmağa kömək edən ən yaxşı maddələr kimi tanınır.
Kartofu qabıqlı şəkildə suda və ya daha yaxşı sobada (yağsız) bişirmək lazımdır.
– Qatıq
Süd məhsulları da təzyiqi normallaşdırmağa kömək edir. Qatıq bu işdə ən yaxşı köməkçidir. Mütəxəssislər hər gün 1 stəkan qatıq yeməyi tövsiyə edir. Bu təzyiqi normada saxlamağa yardım edəcək.
Alimlər sübut edir ki, qatıq və s. süd məhsulları həmçinin hipertoniyanın inkişafı riskini də xeyli azaldır.
– Banan
Banan duzun orqanizmə olan mənfi təsirini azaldır. Bildiyimiz kimi, duz orqanizmdə mayeni saxlayaraq təzyiqin qalxmasına səbəb olur.
Həmçinin kaliumla zəngin olan banan damarların vəziyyətini yaxşılaşdırır, ürəyin sağlamlığını qoruyur.
– Kakao
Flavonoidlərlə zəngin olan kakao damarların sağlamlığına müsbət təsir edir.
– Lobya
Lobya kalium, maqnezium və qidalı liflərlə zəngindir. Bu 3 maddə təzyiqi eyni səviyyədə saxlamağa kömək edir.
Orqanik.az