Meyvə və tərəvəzlər müxtəlif vitamin, mineral və antioksidantlarla zəngindir. Ancaq onların tərkibində sağlamlıq üçün ziyanlı olan şəkərin də olduğunuzu bilirsiniz?
Orqanik.az axşam.az-a istinadən tərkibində şəkərin miqdarı çox olan 5 tərəvəzi təqdim edir.
Yerkökü
Dəmir, kalsium, kalium, beta-karotin və A vitamini ilə zəngin bu tərəvəzin tərkibində bir o qədər də şəkər var. Bu səbəbdən pəhriz saxlayarkən və şəkər qəbulunu normada saxlamaq istəyirsinizsə, yerkökü istehlak edərkən diqqətli olun.
Qarğıdalı
Tərkibində fosfor, kalsium, kalium, maqnezium, dəmir A, B və E vitaminləri qarğıdalı həm də nişastalı və şirin tərəvəzdir. Demək olar ki, bir qarğıdalı özündə 100 kalori, 7 vitamin və 100 qram şəkər ehtiva edir.
Çuğundur
Vitaminlər və mikroelementlər mənbəyi olan çuğundurun 100 qramı təxminən 9 qram şəkər ehtiva edir.
Kartof
Tərkibindəki yüksək nişastaya görə kartof qanda şəkərin səviyyəsini artırır. Bundan əlavə, tərəvəzin kalorisi də çox yüksəkdir. Bu səbəbdən onun istehlakını minimuma endirmək tövsiyə olunur.
Soğan
Şəkər tərkibinə görə ilk sırada yer alır. Soğanın 100 qramında 6 qram şəkər var.
Orqanik.az