Tənbəl bağırsaq sindromu

Bu sindrom zamanı yoğun bağırsağın yığılma qabiliyyəti pozulur və ya bağırsağın həssaslığı itir ki, nəticədə bağırsaq burada nəcisin yığılmasına reaksiya vermir.

Tənbəl bağırsaq sindromu xroniki qəbizliyə səbəb olur.

Tənbəl bağırsaq sindromu zamanı qəbizlik uzunmüddətli, daimi olur, insanda nəcis ifraz etmək istəyi yaranmır. Bəzən uzunmüddətli qəbizliyə baxmayaraq xəstə qarnında heç bir diskomfort hiss etmir. Bəzən isə qarında ağrılar, sıxılmalar, köp olur. Bu sindrom mütləq müalicə olunmalıdır. Xəstə vaxt itirmədən həkimə müraciət etməlidir. Nəcis kütləsi bağırsaqlarda uzun müddət ərzində qaldıqda, bu orqanizmin zəhərlənməsinə (intoksikasiya) səbəb olur. Xroniki intoksikasiya isə müxtəlif dəri, allergik xəstəliklərinə, baş ağrılarına, qara ciyər fəaliyyətinin pozulmalarına və s. ciddi pozulmalara səbəb olur.

Tənbəl bağırsaq sindromu əsasən yaşlı, zəiflənmiş insanlarda, yataq xəstələrində inkişaf edir. Yaşlı insanlarda, yataq xəstələrində orqanizmin ümumi tonusu azalır ki, nəticədə bağırsaq əzələləri də zəifləyir və bu da tənbəl bağırsaq sindromuna səbəb olur.

Lakin bəzən bu sindrom cavan insanlarda da inkişaf edə bilər. Bunu səbəbləri arasında:

– bəzi dərman preparatların uzun müddət ərzində qəbulu (məsələn, depressiya əleyhinə, ishal əleyhinə və s.)

– uzun müddət ərzində imalədən istifadə edilməsi və ya işlətmə dərmanların qəbulu. Bu vasitələr bağırsağı daha da “tənbəlləşdirir”.

– qalxanvari vəzinin fəaliyyətinin pozulması (hipotireoz – qalxanvari vəzinin fəaliyyətinin zəifləməsi)

– bəzi bağırsaq xəstəlikləri və s.

Həmçinin insan uzun müddət ərzində müxtəlif səbəblərə defekasiyanı saxlayırsa, bu da tənbəl bağırsaq sindromuna səbəb ola bilər.

Tənbəl bağırsaq sindromunun müalicəsi üçün ilk növbədə bunun səbəbini araşdırmaq və aradan qaldırmaq lazımdır.

Müalicənin əvvəlində şamlar, imalələr istifadə oluna bilər. Daha sonra xəstəyə xüsusi müalicə, pəhriz, fiziki tərbiyə təyin olunur. Xəstə tez-tez meyvə-tərəvəz, göyərtilər, sıyıqlar (xüsusilə yulaf yarması sıyığı) yeməli, kifayət qədər təmiz su içməlidir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.