Dünyanın ən zəngin lif məzmununa sahib olan qızıl çiyələk, B vitamini kompleksidir. Güclü bir antioksidan olan qızıl çiyələk, bədəni toksinlərdən təmizləyir. Evdar.az Cənub Afrika ölkələrində yetişən qızıl çiyələyin faydaları haqqında araşdırmanı təqdim edir.
Qızıl çiyələk çiyələyin sarı rənginə bənzədiyinə görə belə adlandırılıb. Elmi adı “Physalis peruviana” olan qızıl çiyələyə eyni zamanda İnka əriyi olaraq da tanınır. Şirin bir dadı olduğundan qənnadçılıqda tez-tez istifadə edilir. Tərkibindəki yüksək lif sayəsində arıqlamaq istəyənlər üçün ideal bir qidaya çevrilən qızıl çiyələk qurudularaq qatıqla birlikdə istifadə edilir. Kosmetik firmalar tərəfindən istifadə edilən qızıl çiyələk son illərdə qurusundan və yarpaqlarından çay da əldə edilir. Tərkibində karoten olduğu üçün hüceyrələrin mutasiyaya uğramasının qarşısını alır.
QIZIL ÇİYƏLƏYİN FAYDALARI NƏLƏRDİR?
- Həzm sisteminin daha sağlam çalışması üçün lifli qidalara ehtiyac duyar. Bu qidalar həzm sisteminindəki orqanların işini artırmaqla yanaşı kimi buradakı hüceyrələrin quruluşunu da qoruyur. Bu sayədə bədənin yağ bağlamasının qarşısını alır. Mütəxəssislər buna görə lif baxımından zəngin olan qidaları gün ərzində istifadə etməyi tövsiyyə edir. Qızıl çiyələk də bu xüsusiyyəti qarşılamaqda təsirli bir qidadır. Dünyada lif baxımından ən zəngin qidalar arasında iştirak edən qızıl çiyələk bağırsaq xərçəngi ya da bağırsaq düyünlənməsi kimi xəstəliklərin əmələ gəlməsinin qarşısını alır
- Qızıl çiyələyin qurusundan hazırlanan çay həzm yollarını təmizləyir..
- Gün içərisində templi həyat ən çox qan təzyiqinə mənfi təsir edir. Qan təzyiqi düşdüyündə bədən özünü yorğun hiss edir. Bu vaxtında müalicə olunmazsa həm fizioloji, həm də psixoloji xəstəliklərə səbəb olur. Ancaq qızıl çiyələkdəki B kompleksi təzyiqi tarazlayır, həm də bu cür xəstəliklərə şərait yaradan vəziyyətləri aradan qaldırır. Bəzi araşdırmalarda qızıl çiyələklərin diabetə də faydası olduğu sübut edilmişdir.
- Qızıl çiyələk sidik yolu infeksiyasının qarşısını alır.
- Güclü antioksidan məzmununa sahib olan qızıl çiyələk hüceyrələri yeniləyir və qocalmağın qarşısını alır. Bundan əlavə xərçəngli hüceyrə yaranmasının qarşısını alır. Reproduktiv orqanlardakı hər hansı bir deformasiyaya səbəb ola biləcək sərbəst radikal hüceyrələri bədəndən çıxarır. Mineral və vitaminlərlə zəngin olan qızıl çiyələklər bədənin gündəlik ehtiyaclarını asanlıqla qarşılayır. Bu xüsusiyyət sayəsində qocalıqda yaranan xəstəliklərinin qarşısını alır. Sümük inkişafına kömək edir.
- Qızıl çiyələk qan təzyiqini aşağı salır.
- Qadınlarda kişilərə nisbətən daha çox rast gəlinən sidik yolu infeksiyası bədəndə birdən-birə artan göbələk və viruslara səbəb olur. Sağlamlığa mənfi təsir göstərməklə yanaşı, həyat keyfiyyətini də azaldır. Qızıl çiyələk bu xəstəliyə də sanki təbii dərmandır. Bədəndəki turşu və virusların atılmasına köməkçi olur. Sidik yollarını təmizləyir. Böyrəklərdə daş və qum əmələ gəlməsinin qarşısını alır.
- QIZIL ÇİYƏLƏYİN ZƏRƏRİ VARMI?
Qan təzyiqini saldığından yüksək təzyiqi olanlara hər nə qədər fayda versə də aşağı təzyiqi olanlara təhlükəlidir. Qan duraldıcı xüsusiyyəti olduğundan bu cür istifadə etməməlidir. Hədindən artıq istifadə etdikdə ishala səbəb olur.