Yaz-yay fəslinin ən çox sevilən meyvələrindən olan tut əllərdə və paltarlarda ləkələrə səbəb olur. Xüsusilə qırmızı və qara tut parça liflərinə nüfuz edərək qalıcı sərt ləkəyə çevrilir. Həm ləzzətli, həm də faydalı olan qara tut meyvəsinin ləkəsini çıxarmaq çox çətindir. İnadkar ləkəyə çevrilmiş qara tut ləkəsini necə çıxarmaq olar, tut ləkəsini necə təmizləmək olar? Evdar.az tut ləkəsini paltardan çıxarmağın qaydasını təqdim edir.
Ləkəsi çətin çıxan tutun yığım zamanı əllər və paltarlarlar ləkələnir. Qara tut ləkəsini çıxarmaq üçün bir neçə üsulu sınaya bilərsiniz.
Qara tut ləkəsini çıxarmağın üsulları…
- Qara tut ləkəsini çıxarmaq üçün istifadə edilən ən maraqlı üsullardan biri də qara tutun öz yarpağından istifadə edərək ləkəni çıxarmaqdır. Tut yarpağını blenderdən keçirin (mətbəx robotundan). Sonra soyuq su əlavə edib ləkənin üzərinə qoyun. Yüngül sürtərək ləkəni asanlıqla çıxaracağını görəcəksiniz.
- Digər üsul limon suyu və sirkə ilə qara tut ləkəsini bir müddət saxlamaqdır. Bir müddət gözlədikdən sonra təmiz diş fırçası ilə fırçalayın. Hərtərəfli fırçaladıqdan sonra ləkələnmiş hissəni ovuşdurun.
- Evdə olan yuyucu vasitəni ləkənin üzərinə sürtün və ovuşdurun. Sonra bol su ilə yuyun. İstəsəniz maşında qısa rejimdə də yuya bilərsiniz.
- Başqa bir həll yolu çaydanda suyu qaynadıb ləkə olan yeri dərhal yumaqdır. Qaynar su əlavə edin və yaxşıca ovuşdurun. Yaxaladıqdan sonra su ilə yuyun, günəşli yerə asın və qurumağa qoyun.
Xalçadan Tut Ləkəsini Necə Çıxarmaq Olar?
- Xalçadan tut ləkəsini çıxarmaq üçün əvvəlcə ləkə dəyən kimi salfetdən istifadə edərək ləkənin üst hissəsini tez bir zamanda çıxarmalısınız.
- Daha sonra qurumasına icazə verməmişdən əvvəl, əgər varsa, maye yuyucu vasitə ilə silməlisiniz. Ləkələnmiş yeri yuyucu vasitə ilə sildikdən sonra yarım stəkan ağ sirkəni 1 litr su ilə qarışdırıb həmin yerə yaxşıca yayın və gözləyin.
- Sonra yarım saat saxlayıb yuyun.