Tut, kivi, mixək və… – MÖCÜZƏLİ TƏSİR

Ağız yaraları ağzın içərisində yaranan toxuma xəstəliyidir. Bir çox yaranma səbəbi olan narahatedici və ağrılı ağız yaralarının sağalma müddəti bəzən çox qısa, bəzən isə uzun ola bilər. Lakin bu toxuma pozğunluqlarının meydana gəlməsinin bir neçə səbəbi var.

Orqanik.az lent.az-a istinadən bunlardan bəzilərini təqdim edir:

1. Ağız boşluğunun gigiyenasına lazımi diqqət yetirilmədikdə və qayğı göstərilmədikdə ağız yaraları yarana bilər. Dişləri müntəzəm fırçalamaqla yanaşı, gün ərzində ağzı tez-tez yumaq və qarqara ağız sağlamlığını qorumağa kömək edər.

2. Həddindən artıq isti və ya soyuq yemək və içkilərin istehlak edilməsi ağız yaralarına səbəb ola bilər.

3.Yoluxucu xəstəliklərə tutulanda orqanizmin müqaviməti azaldığı üçün ağızda yaralar yarana bilər.

4. Antibiotiklərin uzun müddətli və müntəzəm istifadəsi ağız yaralarına səbəb ola bilər.

5. Çox yağlı, şəkərli, turşulu qidalar qəbul etmək, bir sözlə, qeyri-sağlam qidalanma nəticəsində ağızda yaralar yarana bilər.

6.Stress, depressiya, həddindən artıq narahatlıq da ağız yaralarına səbəb ola bilər.

Ağız yaralarının təbii yollarla müalicə üsulları:

• Karbonat

Karbonat ağız içi yaraların sağalmasına kömək etdiyi üçün yaralara çəkmək məsləhətdir.

• Alma sirkəsi

Bir stəkan suya bir çay qaşığı alma sirkəsi əlavə edib məhlul ilə ağız gündə bir iki dəfə qarqara edilir. Sirkənin diş minasına zərər verməməsi üçün qarqaradan sonra ağız adi su ilə yaxalanır.

• Şirinbiyan

Şirinbiyan ağızdakı iltihabları təmizlədiyi üçün dəmlənən çay ağızda qarqar edilə bilər.

• Kivi

Kivi antioksidant meyvədir. Ağızdakı qıcıqlanmaları qısa müddətdə sağaltmaq üçün kivi istehlak etmək məsləhətdir.

• Kəklikotu

Bir çay qaşığı kəklikotunu udmadan çeynəmək ağız yaralarının sağalmasına kömək edər.

• Tut

Qara tut siropunu və ya suyunu içmək, yaraya çəkmək faydalıdır.

• Mixək

Mixək toxumlarını çeynəmək ağız yaralarının sağalmasına kömək edər.

• Sink əlavələri

Dəmir, fol turşusu, vitamin B12 və ya sink çatışmazlığı ağız yaralarına səbəb olduğu üçün bunların kifayət qədər istehlakı həm ağız yaralarını sağaldar, həm də immunitet sistemini gücləndirər

• Kokos yağı

Kokos yağı ağızdaki bəzi zərərli bakteriyalara qarşı mübarizə aparır. Bu səbəblə bir xörək qaşığı Kokos yağı ilə qarqar etmək ağızdaki yaraların azalmasına kömək edər.

• Limon

Limon da sirkə kimi ağız bakteriyalarını yox edər. Bu səbəbdən limon suyu ilə qarqara ağız yaralarının yaranmasının qarşısını alır.

•Cəfəri

Cəfəri yarpaqlarını çeynəmək ağızdakı yaralara çarədir.

• Heyva

Ağız yaralarından xilas olmaq üçün bir dilim heyvanı ağız yaralarına çəkmək məsləhətdir.

•Duzlu su

Ağzı duzlu su ilə yaxalamaq yaraların qurumasına kömək edə bilər. Bir çay qaşığı adi məişət duzunu yarım stəkan ilıq suda həll etdikdən sonra onunla qarqara etmək yarayları sağaldır.

• mixək yağı

Mixək yağı ağrılı ağız yaraları üçün tövsiyə edilir. Yağ ağzın qıcıqlanmış bölgəsinə tətbiq edildikdə ağrı dərhal azalır.

• Sumaq

Sumaq ilə hazırlanan tərkib ağız yaralarını sağaldır. Bir stəkan qaynar suya bir xörək qaşığı sumaq əlavə edildikdən sonra daha iki üç dəqiqə qaynadılır. Sonra üzərinə 1 çay qaşığı üzvi alma sirkəsi əlavə edilərək süzülür. Hazırlanan məhlul ilə ağız qarqara edilir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.