İnsan yaşlandıqca damarlarda tromb əmələ gəlməsi riski artır.
Bəzi həyat vərdişlərini dəyişməkdən əlavə bir neçə qida əlavəsi, vitamin, minerallar da qan laxtalanmasının qarşısını ala bilər.
Bakupost.az xəbər verir ki, terapevt İrina Andreyeva tromba qarşı effektiv BAD-ları açıqlayıb.
“B12 vitamini ümumi və beyin qan dövranını yaxşılaşdırır, təzyiqi salır, qırmızı qan hüceyrələrini artırır, eritrositləri çoxaldır.
Elmi işlər göstərib ki, B12 əskikliyi olan xəstələrin qanında homosistein çox olur və tromboz yaranır.
Koemzim Q10 – bu əlavə tromb markerini qanda azaldır, damarların keçiriciliyini artırır, ürək-damar tutulmaları riskini azaldır.
Bu əlavələr xüsusilə diabet və təzyiq xəstələrinə vacibdir”.
Orqanik.az