Onkoloqlar toyuq və hind quşu ətinin onkoloji xəstəlikləri aktivləşdirməsi barədə elmi tədqiqat aparıb.
Orqanik.az xəbər verir ki, Oksford universitetinin alimləri tədqiqatın nəticəsini Journal of Epidemiology and Community Health dərgisində çap ediblər.
Onlar sübut edib ki, quş əti, eləcə də toyuq və hind quşu əti daha çox prostat xərçəngi riskin, Hodjxkins limfoması və dəri melanomasını aktivləşdirə bilər.
Belə ki, onlar 475 min nəfər 37-73 yaş arası britaniyalının səhhətini 5 il ərzində izləyiblər və onların həftədə neçə dəfə hansı əti qəbul etdiyini qeyd ediblər. Nəticələr göstərib ki, 23 min nəfərdə bu illər ərzində müxtəlif onkoloji diaqnozlar aşkarlanıb.
Alimlər qeyd edib ki, daha çox qırmızı ət və ət məhsulu yeyənlərdə bağırsaq, prostat və süd vəzi xərçəngi olub.
Toyuq və hind quşu əti çox sevənlərdə isə ürək-damar problemi, arteriyalarda qalınlaşma, eləcə də prostat, limfoma və dəri xərçəngi aşkarlanıb. Onlar gündə 40 qramdan artıq ağ quş əti yeyirdilər. /Orqanik.az
Orqanik.az