TŞS ilk dəfə 1978-ci ildə stafilokokk infeksiyalı 7 uşaqda aşkarlanmışdır. Ginekologiya sahəsinin mütəxəssisləri bu sindromla 2 il sonra rastlaşaraq, cavan qadınlarda sindromun inkişafının aybaşı zamanı superadsorbsiyaedici gigiyenik tamponlarla əlaqəsini qeyd etmişlər. Pasiyentlərin çox hissəsini 17-30 yaşlı qadınlar təşkil edir. Onların təxminən 50%-də sindromun inkişafı aybaşı ilə bağlıdır. 1/4 hallarda qeyri-menstrual TŞS doğuşdan sonrakı dövrdə Staphylococcus aureus daşıyıcılarında, 75% hallarda isə digər səbəblərdən (dəri və dərialtı infeksiyalaşma, tamponlama ilə aparılan əməliyyatlar) yaranır.Toksiki şok sindromuna müxtəlif orqan və toxumalara sistemli təsir göstərən ekzotoksin hasil edən mikroorqanizmlər – qızılı stafilokokk və A qrupundan olan piogen β-hemolitik streptokokk səbəb olur. Əksər hallarda müasir ginekologiyanın nəaliyyətləri, vaxtında aparılan diaqnostika və müalicə sayəsində stafilokokk mənşəli TŞS-li pasiyentlər 1-2 həftə ərzində sağalır, ölüm halları isə 2,6% təşkil edir. Hərarət və AT hospitalizasiya anından 2 həftə müddətində, laborator göstəricilər isə 7-14 günə normallaşır. Eritrositlərin səviyyəsi 4-6 həftədən sonra bərpa olunur. Streptokokk mənşəli toksiki şok zamanı letallıq yüksək olub, 50%-ə çatır.TŞS-in profilaktikası məqsədilə tamponların istifadə qaydasına və törədicilərin vaxtında aşkarlanması üçün doğuşlardan, ginekoloji əməliyyatlardan əvvəl müayinə protokollarına riayət olunmalıdır.
Orqanik.az