Tibbi bankalardan dəstəkləyici vasitə kimi istifadə etmək olar

Köhnə müalicə üsulu olan bankalanmaq kiçik bankalarla dərinin təbəqələri arasında yığılan və qaraciyərdə toplanan toksinləri vakuumlayaraq alma üsuludur. Qaraciyər bədənin detoks orqanı kimi toksinlərlə mübarizə aparır, onları yox edir. Banka vasitəsilə həmin toksinlər vakuumlanaraq sorulur.

Tibbi bankalardan illərdən bəri istifadə olunur. Lakin bəzən həmin üsuldan həkim məsləhəti olmadan istifadə edilir. Ona görə də bir sıra yanlışlıqlara yol verilir.

Həkim-terapevt Zakir Quliyev deyib: “Bankadan istifadə olunmasına müalicə üsulu kimi yanaşmaq düzgün deyil. Lakin ondan dəstəkləyici bir vasitə kimi istifadə etmək olar. Xəstənin qanaxma, laxtalanma və qan damarlarında problem varsa, bankalanmadan maksimum dərəcədə uzaq olmaq lazımdır”.

Banka qoymağın müəyyən müsbət təsiri barədə danışan həkim-terapevt bildirib: “Banka qoyulan yerdə qan dövranı sürətlənir, toksinlərin xaric olması baş verir. Lakin onun harada və necə qoyulduğunu də bilmək vacibdir”.

Mütəxəssislərin dediyinə görə, bankalanma bu sahədə məlumatı olanlar tərəfindən aparılmalıdır. Yan təsirləri nəzərə alaraq diqqətli olmaq, toksinlər sorularaq çıxarılanda xəstənin immuniteti də zəifləyə bilər. Ona görə də bankalanmaq istəyənlərin həmin məqamları nəzərə almağı tövsiyə olunur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.