Tez yuxuya getməyin 3 SADƏ QAYDASI

Həkim və teleaparıcı Maykl Mosli tez yuxuya getməyə kömək edəcək dörd sadə qaydanın adını çəkib.

Orqanik.az lent.az-a istinadən bildirir ki, o qeyd edib ki, insanların çoxu gündə ən azı yeddi-səkkiz saat yatmaq məsləhətinə məhəl qoymurlar.

Moslinin ilk qaydası yalnız qaranlıqda yatmaqdır. Mütəxəssis yataq otağının pəncərələrinə qara pərdələrin asılmasını və lazım gələrsə, yuxu maskası taxmağı tövsiyə edib, çünki yuxuya səbəb olan hormonlar yalnız qaranlıqda istehsal olunur.

“Dan yerinin tez ağarması bizi oyadır, ona görə də iyun ayında biz ən az yatırıq. Qışdan təxminən 25 dəqiqə az. Və bu, ilk növbədə işığa məruz qalma səbəbindən baş verir, – həkim vurğulayıb.

İkinci məsləhət, dəqiq gündəlik rejimə sahib olmaq və ona sadiq qalmaqdır. Moslinin sözlərinə görə, eyni vaxtda yatıb oyanmaq lazımdır.

Yuxuya getməkdə çətinlik çəkən hər kəsin əməl etməli olduğu başqa bir qayda – 15 dəqiqəlik qaydadır. Həkim bu qayda haqqında deyib: “Əgər siz yatağa uzandıqdan 15 dəqiqə sonra yuxuya düşmədinizsə, ayağa qalxın və darıxdırıcı bir şeylə məşğul olun, hələ ki yuxuculluğu hiss etməyəcəksiniz, yalnız bundan sonra yatağa qayıdın”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.