Tez yuxuya getmək üçün bunları edin

Günümüzdə əksər insan yuxusuzluqdan əziyyət çəkir. Şübhəsizdir ki, yuxusuzluq insan beyninə mənfi təsir göstərir.

Bir sıra vacib qayda var ki, yuxusuzluqdan əziyyət çəkənlər üçün bunlar faydalı hesab olunur.

İlk olaraq, yatmazdan öncə 1 qaşıq bal yemək məsləhət görülür.

İkincisi, yatağınızda rahat deyilsinizsə, dizlərinizin altına yastıq qoyun. Bu halda bel əzələləriniz boşalacaq və siz tez yuxuya gedəcəksiniz. Böyrü üstə yatmağı xoşlayırsınızsa, yastığı ayaqlarınızın arasına qoyub, uzanın. Belə vəziyyət rahatlanmağınıza və tez yuxuya getməyinizə kömək edəcək.

Orqanik.az bildirir ki, tez yuxuya getmək üçün yoqlardan götürülmüş “4-7-8” üsulundan istifadə də məsləhət görülür. Bunun üçün əvvəlcə rahat uzanmaq, üz əzələlərini boşaltmaq, dili yuxarı qaldırıb üst dişlərə sıxmaq lazımdır. Sonra ağzınızla nəfəs almaqla ciyərlərinizdəki bütün havanı çəkin, 4-ə qədər sayaraq burnunuzdan çıxarın. 7-yə kimi sayıb nəfəsinizi saxlayın, 8-ə kimi sayaraq ağzınızdan nəfəs almaqla yenidən ciyərlərinizdəki bütün havanı çəkin. Bunu 4 dəfə təkrarlayın, tezliklə yuxuya gedəcəksiniz.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.