“Sputnik V” və ya “Sputnik Light” qəbul etdikdən sonra xarici peyvəndlə vaksinasiya olunmaq yalnız 3-4 aydan sonra mümkündür.
Orqanik.az publika.az-a istinadən xəbər verir ki, bu barədə virusoloq Vitali Zverev danışıb.
Ekspertin sözlərinə görə, tez-tez peyvənd olunmaq kişilərdə miokardit riskini artıra bilər:
“Nəzərə almaq lazımdır ki, alimlərin tövsiyə etdiyi interval qorunmasa, mənfi nəticələr ola bilər. “Sputnik” də daxil olmaqla, peyvəndlərimiz üçün bu, 6 aydır. Ümumiyyətlə, 3-4 ay ərzində təkrar peyvənd olunmaq təhlükəsizdir”.
Orqanik.az