Əksər hallarda köpün səbəbi hər hansı xəstəlik deyil, düzgün olmayan qidalanma və bəzi vərdişlərimizdir. Köpdən əziyyət çəkirsinizsə, ilk növbədə bu amilləri aradan qaldırmaq lazımdır.
Əgər heç nəyə baxmayaraq köp və meteorizm keçmir və sizi çox narahat edirsə, qastroenteroloqa müraciət edin. Bu hər hansı pozulma ilə bağlı ola bilər.
Orqanik.az oxucularına köpün az bilinən səbəblərini açıqlayır.
1. Alma, kələm, paxlalılar (lobya, noxud, mərci) insanların əksəriyyətində köpə səbəb olur.
2. Bəzən insanda köpün səbəbi hər hansı məhsullara olan fərdi dözümsüzlük ola bilər. Bu süd və süd məhsulları, şəkər, un məmulatları ola bilər. Qidalanmanıza fikir verin. Əgər hər hansı məhsul və ya məhsullar qrupu sizdə köpə səbəb olursa, bu məhsulu qidalanmanızdan çıxardın və ya minimuma azaldın.
3. Meyvə və tərəvəzlərin çoxlu miqdarda qəbulu da köpə səbəb olur. Bu məhsullar liflərlə zəngindir. Liflərin qəbulu çox vacibdir, lakin liflərin qidalanmada artıqlığı köp, qarında ağırlıq və digər xoşagəlməz simptomlara səbəb ola bilir.
4. Ət insan sağlamlığı üçün ən vacib məhsullardan biri olsa da bu məhsuldan sui-istifadə köp, meteorizm, həzm proseslərinin pozulmasına səbəb ola bilir.
5. Yeməkdən dərhal sonra fizki işlər və ya idmanla məşğul olmaq olmaz. Ən azından 1 saat gözləmək lazımdır. Lakin insan yeməkdən sonra divanda vaxt keçirəcək (bu xüsusilə şam yeməyinə aiddir) və sonra yatmağa gedəcksə, bu da həzm proseslərinə mənfi təsir göstərəcək – həzm prosesləri ləngiyəcək, köp, ağırlıq əmələ gələcək.
6. Qida qəbulu zamanı danışmaq, siqaret çəkmək də köpə səbəb olur.
7. Tez-tez yemək də köp, qarında ağırlıq və digər xoşagəlməz simptomlara səbəb ola bilər.
Orqanik.az