Tetra quşu toyuqkimilər fəsiləsinə aiddir. Dişi tetra quşunun ölçüsü erkək tetra quşunun ölçüsündən böyük (uz.49-58sm), çəkisi isə 1-1,5 kq olur. Erkək tetra quişu isə 40-45 sm ölçüdə və 1 kiloqrama qədər olur.Dişi tetra quşu qırmızımtıl-qəhvəyi rəngdə, tünd sarı zolaqlı tüklərə sahib olur. Onun qanadlarının üstündə və quyruğunda olan ağ tüklər tetra quşuna xüsusi gözəllik verir.
Tetra quşları bir çox ölkələrin mədəniyyətindıə yer tutur.
Son illərdə həm ovlanmalar, həm də müxtəlif xəstəliklər üzündən tetra quşunun sayı azalaraq “Qırmızı kitaba” düşüb. Ən çox sayı azalan isə qafqaz tetrasıdır.
Tetra quşu ən çox Avropa və Asiya ölkələrində, Briyaniya, Altay və Koreya adalarında yaşayıb. Belçika, Daniya, Niderland və Almaniyada da tetra quşlarına rast gəlmək mümkün olur.
Necə seçməli?
Mütəxəssislər tetra quşunu ovçulardan almağı məsləhət bilir. Tetra quşunun tünd rəngli əti və xüsusi qoxusu olur. Onun döş ətinin üst hissəsinin rəngi tünd, aşağı hissəsinin rəngi isə açıq olur. Onu soyuducuda 2 gündən artlq saxlamaq olmaz. Dondurulmuş tetra quşu alan zaman qablaşdırmanın üzərindəki yazılara və qablaşdırmaya diqqət yetirmək lazımdır. Donmuş tetra quşunun üzərində mexaniki kəsik yerləri olmamalıdır.
Necə olmalı?
Tetra quşu yağsız, zərif, dadlı və dietik qida sayılır. Körpə tetra quşunun dadı daha gözəl olur. Tetranın ətini suda, közdə bişirmək və ya qızartmaq mümkündür. Onu müxtəlif tərəvəzlərlə bişirmək, souslarla dadlandırmaq mümkündür.
Qida sənayesində tetra quşunun tətbiqi
Fransız tetrası fransalıların yeni ili qarşılayarkən ən çox sevdikləri qidasıdır. Onlar yeni il süfrələrində tetra qızartması olmasını adət şəklinə gətiriblər.
100 qram tetra ətinin qida dəyəri:
– Zülallar – 18 qr
– Yağlar – 0,5 qr
– Karbohidratlar – 20 qr
– Su – 65 qr
– Kalori – 254 kKal.
Tetra quşu əti dietik ətlrdəndir. Onun tərkibində çoxlu miqdarda zülal, az miqdarda isə yağ var. Tetra əti B, PP ,A, H vitaminləri, xolin, fol turşusu, mikro və makroelementlərlə zəngindir. Onun tərkibində çoxlu miqdarda natrium, kalium, fosfor, kükürd, ftor, dəmir və s. var.
Müalicəvi xüsusiyyətləri
Tərkibində fol turşusunun çox olduğuna görə tetra əti hamilə və uşaqəmizdirən qadınlara tövsiyə edilir. Tetra əti beynin, ürək-damar sisteminin işini yaxşılaşdırır, allergik reaksiyalara qarşı orqanizmin müdafiə gücünü artırır. Tetra ətində olan natrium orqanizmin öd-turşu və su balansını normallaşdırır.
Tetra ətinin zərərli xüsusiyyətləri
Bəzi insanların tetra ətinə qarşı mənfi fikirləri olur. Bu səbəbdən də onlar tetra əti ilə qidalanmağı xoşlamırlar. Nadir hallarda tetra əti allergiyaya səbəb ola bilir. Buna görə də ilk dəfə tetra əti yeyən zaman diqqətli olmaq lazımdır.
Orqanik.az