Televizora baxarkən yemək yemənin zərərləri

Mütəxəssilərin araşdırmaları axşamlar ailəsi ilə birlikdə söhbət edərək yemək yeyənlərdə piylənmə riskinin az olduğunu təsdiqləyib. Ancaq onların araşdırmaları televizora baxa-baxa yemək yeyənlərin bilməyərəkdən orqanizmlərinə zərər verdiyini təsdiqləyib. Belə ki, qida qəbul edərkən televizora baxmaq insanlarda piylənmə riskinin artmasına səbəb olur.
Bu haqda araşdırmalar Amerikada yeniyetmələr arasında aparılmış və 40% artıq çəkidən əziyyət çəkən gənclərin televizor qarşısında yemək yediyi aşkara çıxmışdır. Amma evdə bişirilən yeməklərdən yeyərək televizora baxan adamların 26% kökəlmə qeyd olunmuşdur. Belə ki, televizora baxarkən insan özünü unudur və nə qədər çox yediyinin fərqinə varmır. Evdə bişməyən yeməklərdə qatqılardan çox istifadə edildiyinə görə isə insanlarda kökəlməyə meyillik yaranır. Aparılan araşdırmada 13.000 adam iştirak etmiş və ən çox da restoranlarda bişən yeməklərlə qidalananların kökəlməyə meyilli olması meydana çıxmışdır. Araşdırmada iştirak edənərin 33%-i yalnız restoran yeməkləri yediyini söyləmiş və onların çəkisində artım müşahidə edilmişdir. Araşdırmalara qatılanların 62%-i yanlız ev yeməkləri yediyini qeyd edlmiş və yemək yeyərkən televizor seyr etdiklərini qeyd etmişlər. Onların 2/3 hissəsində piylənmə aşkar edilmişdir. Mütəxəssislər ailə ilə yemək yemənin artıq çəki ilə əlaqəsi olmadığını söyləmiş və bunun yeməyin evdə hazırlanması ilə əlaqələndirmişlər. Amma mütəxəssislər ailə ilə yemək yeyərkən televizora baxmağı məsləhət bilmirlər. Belə ki, söhbət edərək yemək qidanın yaxşı çeynənməsinə və bir-birinizlə yaxın əlaqə yaradaraq xoş əhval ruhiyyə ilə qidalanmağa və qəbul edilən qidanın daha rahat həzm olunmasına səbəb olur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.