Günün yarıdan çoxunu televizor, kompüter və telefon arxasında oturanlardas tromb yaranma riski yüksəlir.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, bu barədə Avropa kardioloqlar cəmiyyətinin yeni press relizində yazılıb.
Gündə 4-5 saat və daha çox televizor qarşısında oturmaq tromb riskini 35% artırır.
İşi ilə bağlı monitor qarşısında çalışanlar hər 30 dəqiqədən bir qalxıb gəzməli, dartınmalı, velotrenajorda 10 dəqiqə məşq etməlidir.
“Televizor qarşısında 3 və daha çox saat keçirənlərdə tromb yaranma riski 35%-dir. 2 saatdan az oturanlarda bu risk 10%-dir. Heç bir idman, fiziki aktivlik televizor qarşısında uzun müddət oturmağın riskini azaltmır. Qan dövranında durğunluq öz işini görür”.
Tədqiqatın müəllifi doktor Setot Kunuçor bildirir ki, hər 30 dəqiqədən bir yarım saat, 1 saat fasilə vermək lazimdir. Eləcə də televizora baxarkən atışdırmalıq qidalar yemək də zərərlidir.
Televizora baxmaqla venoz tromboemboliya arasında əlaqə var. Bu xəstəlik ağciyər emboliyası və dərin venaların trombozu denəkdir.
Mütəxəssislər 40 yaşa qədər 131 min nəfərin televizor qarşısında keçirdiyi vaxtı və sağlamlıq vəziyyətini müqayisə edib.
Alimlər müəyyən edib ki, ən rekord vaxt televizor qarşısında 12 saat vaxt keçirənlərdir.
964 nəfər hansı ki, mütəmadi olaraq hər gün 4-5 saat televizor qarşısında oturub, onlarda venoz tromboz inkişaf edib.
Ona görə də televizor və komputer qarşısında çox oturanlar 30 dəqiqədən bir qalxmalı və fiziki aktivlik göstərməlidirlər.
Orqanik.az