Telefonun insanın boyun fəqərələrinə zərəri

Anatomiya dərsliklərində insanın başının ağırlığının təxminən 5 kq olduğu yazılır. Baş aşağı əyilərkən isə bu ağırlıq get-gedə artır. Baş insanın boynu üzərində durduğundan, hərəkət etdiyində ağırlıq boynun üzərinə düşür.
Nəzərə alsaq ki, əlində telefon və ya planşet olan adam saatlarca başını aşağı əyib onunla məşğul olur, boyuna düşən yükün ağırlığını təsəvvür etmək çətin deyil.
Planşet və telefon “xəstəliyi” epidemiya kimi bütün dünyaya yayılıb. Saatlarca boyunu aşağı əyib bu texniki avadanlıqlarla vaxt keçirməyin zərərini ən çox boyun fəqərələri görür. Uzun müddət əyilmiş vəziyyətdə dayanan boyun fəqərələrində narahatçılıqlar meydana gəlməyə başlayır. Əgər gənc yaşlı uşaqlar telefonla normadan çox məşğul olarlarsa, onların fəqərələri əyilir və fəqərəarası sinirlər sıxılmağa başlayır. Sinirlər sıxıldıqca onların qidalandırdığı yerlər də zərər görməyə başlayır. Boyun əzələləri gərginləşir və boyunda ağrılar meydana çıxmağa başlayır. Uzun müddət eyni vəziyyətdə əyilib dayanmaq boyun fəqərələrində əyriliyə, yırtığın əmələ gəlməsinə səbəb ola bilir. ABŞ-da bunları araşdıran mütəxəssislərin apardığı araşdırmalar,  əhalinin 58%-inin boyun fəqərələrindəki problemlərin əmələ gəlməsində telefon, planşet və notbukların səbəb olduğu qənaətinə gəlmişlər.
Buna görə də telefonla uzun müddət məşğul olduqda, telefonu elə tutmaq lazımdır ki, boyuna çox yük düşməsin. Azyaşlı uşaqlara və gənclərə telefonla çox oynamağın zərərlərini başa salmaq və onları virtual həyatdan uzaqlaşdırmaq lazımdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.