Telefona belə baxmaq “qrıja” əmələ gətirir

Telefona baxarkən daim başın və boyunun aşağı bucaq altında əyilməsi ağırlıq boynun fəqərələri üzərinə düşür. Boyun gün ərzində bu vəziyyətdə duruş üçün nəzərdə tutulmayıb.

Orqanik.az xəbər verir ki, fizioterapistlər son zamanlar 18-20 yaşlı gənclərdə boyunda degerenativ dəyişiklik, fəqərələrdə yırtığa meyilliyin artmasının bir səbəbini telefon və planşetlərdən istifadədə görür.

Uzun müddət əyilmiş vəziyyətdə dayanan boyun fəqərələrində narahatçılıqlar meydana gəlməyə başlayır. Əgər gənc yaşlı uşaqlar telefonla normadan çox məşğul olarlarsa, onların fəqərələri əyilir və fəqərəarası sinirlər sıxılmağa başlayır. Sinirlər sıxıldıqca onların qidalandırdığı yerlər də zərər görməyə başlayır. Boyun əzələləri gərginləşir və boyunda, başda ağrılar meydana çıxmağa başlayır.

ABŞ alimlərinin tədqiqatlarına görə, son 5 ildə əhalinin 58%-inin boyun fəqərələrindəki problemlərin əmələ gəlməsində telefon, planşet və notbukların səbəb olduğu qənaətinə gəlmişlər.

Buna görə də telefonla uzun müddət məşğul olduqda, telefonu elə tutmaq lazımdır ki, boyuna çox yük düşməsin.

Azyaşlı uşaqlara və gənclərə telefonla çox oynamağın zərərlərini başa salmaq və onların boyun vəziyyətinə nəzarət etmək lazımdır.

Şəkildə telefonu düzgün tutmaq qaydası göstərilib. /Orqanik.az

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.