Mütəxəssislər, Hindistanın Faridabad şəhərində yerləşən xəstəxanaların birində bir nəfərsə beyin parazitinə yoluxma faktı qeydə alıblar.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, 18 yaşlı oğlan xəstəxanaya qıcolma və epilepsiya tutması ilə daxil olub. Onu valideynləri bildiriblər ki, son bir həftədə o, başının sağ hissəsində olan ağrılardan şikayət edib. Həmçinin də xəstənin sağ gözündə şişkinlik də müşahidə edilib.
USM müayinəsi zamanı xəstənin sağ gözündə kista aşkarlanıb. MRT- müayinəsindən sonra isə məlum olub ki, onun beynin qabığında beyin kötüyündə mərkəzi sinir sisteminin işini iflic edən donuz soliterinun sürfələri aşkarlanılb.
Onlar orqanizmə ya yaxşı bişməmiş donuz ətini yeməklə ya da çirkli su içməklə yoluxa bilər.
Bir qayda olaraq bu parazitlə mübarizə etmək üçün parazitəleyhinə medikamentlərdən istifadə olunur. Amma bu halda parazit iltihab, beynin şişkinliyi və hətta görmə qabiliyyətinin itirilməsinə gətirib çıxara bilər. Xəstəyə təcili olaraq müalicə tətbiq edilməsinə baxmayaraq 2 həftədən sonra o həyatını itirib.
Donuz soliteri lentvari parazit qurdlardan hesab edilir. Adətən onun sürfələri donuz orqanizmində inkişaf edir. Ona yoluxmaq üçün donuz ətini kifayət bişirmədən yemək kifayət edir. Bağırsaqda donuz soliteri 2-3 metrə qədər uzana bilir. Bir çox hallarda xəstənin ölümü ilə nəticələnir.
Orqanik.az