Təzyiq xəstələri bilməlidir ki, bu xəstəliklə mübarizədə birinci şərt dietadır.
Qan təzyiqini salmaq üçün alkoqol, şəkər, duzlu qidalar azaldılmalı,təxirə salınmalıdır.
Bakupost.az xəbər verir ki, dietoloq Vasilisa Ponomaryova təzyiq xəstələrinə xüsusi məsləhət verib.
“Elmi tədqiqatlar sübut edib ki, həftə ərzində Omeqa 3, maqniy təzyiqi aşağı salacaq vasitələrdir. Ona görə həftə ərzində 2-3 dəfə yağlı balıqla tərəvəz, eləcə də maqniylə zəngin qoz, tumlar, badam yemək, düyü, ağ çörək və şirniyyatı kəsmək lazımdır. Təzyiq xəstələrinin 80%-də insulin dirənci olur. Ona görə karbohidratlı qidalardan uzaq durmaq lazımdır”.
Eləcə də alkoqolun bəzi növlərində çox miqdarda şəkər olduğu üçün damarlarda yağ toplanmasına səbəb olub, təzyiqi daha da qaldırır.
Orqanik.az