Mütəxəssislər aşkar ediblər ki, adi limonlu su yüksək təzyiqi salmağa çox yaxşı kömək edir.
Orqanik.az bildirir ki, bu haqda Journal of Nutritional and Metabolism jurnalında məqalə dərc olunub.
Alimlər yüksək təzyiqdən əziyyət çəkən 101 qadının iştirakı ilə araşdırma aparıblar. Qadınlar hər gün limonlu su içirdilər. Məlum olub ki, bu sadə və ucuz vasitə təzyiqi salmağa yardım edir.
Limonun tərkibində olan flavonoidlər və polifenol birləşmələri damarların daxili qatı olan endotelinin funksiyasını və damarların elastikliyini yaxşılaşdırır ki, nəticədə bu təzyiqin göstəricilərinə müsbət təsir edir.
Orqanik.az