Yüksək təzyiq orqanizmə çox ciddi fəsadlar yaradır, infarkt və insultun riskini artırır.
Mütəxəssislər təzyiqi normaya salmaq üçün qidalanmaya bəzi məhsulları əlavə etməyi tövsiyə edirlər. Orqanik.az Express nəşrinə (Böyük Britaniya) istinadla bildirir ki, belə məhsullardan biri adi ucuz və əlçatan göyərtdidir.
Çoxsaylı elmi araşdırmalar göstərir ki, təzə göyərtilərin gündəlik istehlakı həqiqətən təzyiqi aşağı salmağa yardım edir.
Göyərtilər təbii nitratlarla zəngindir. Bu maddələrdən biri azot oksidirir. Azot oksidi damarları genişləndirir və bununla da təzyiqi aşağı salmağa kömək edir.
Bundan əlavə göyərti liflərlə də zəngindir. Liflər orqanizmdə xolesterinin səviyyəsini tənzimləyir. Bildiyimiz kimi, xolesterin damarların ən böyük düşmənidir. Xolesterin normada olanda damarlar sağlam və elastik qalır.
Orqanik.az