Tənbəl göz sindromu

Ambliopiya -gözlərdən birinin görmə prosesində iştirak etməməsi ilə xarakterizə olunur. Oftalmologiyada ambliopiya görmənin birtərəfli zəifləməsinin aparıcı səbəblərindən biri kimi dəyərləndirilir. Bütün dünyada ambliopiyadan əziyyət çəkənlər əhalinin 2%-ni təşkil edir. Ambliopiya əsasən uşaqlıq dövrünün xəstəliyidir,  buna görə də problemin mühüm aspekti onun erkən aşkarlanması və korreksiyasıdır.Patologiyanın inkişaf dövründən asılı olaraq birincili (anadangəlmə) və ikincili ambliopiya ayırd edilir. Səbəbindən asılı olaraq ikincili ambliopiyaların bir neçə forması var: strabizmatik (disbinokulyar), obskurasion (vahid görmə pozulmuş), refraksion, anizometropik, isterik, qarışıq.Ambliopiyanın çoxsaylı formalarının olmasına baxmayaraq, xəstəliyin inkişaf mexanizmi bütün hallarda vahid görmə pozulmuş və/ və ya mərkəzi görmənin funksional zəifləməsinə gətirib çıxaran patoloji binokulyar birləşmələrlə əlaqəlidir.Ambliopiyanın profilaktikasına uşağın bir ayından etibarən müntəzəm dispanser müayinəsi yolu ilə nail olunur. Gözün optik mühitinin bulanıqlaşması, ptoz, nistaqm, çəpgözlük aşkar olunarsa, defektlərin erkən aradan qaldırılması mütləqdir. Ambliopiyanın müalicəsində davamlı effekt tam müalicə kursunun keçirilməsi, həkimin təlimatlarına (eynəklərin, göz plastrlarının istifadəsi, müntəzəm müayinə) dəqiq əməl olunması zamanı əldə olunur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.