Şəkərsiz diabet nadir rast gəlinən endokrinopatiyalardan olub, əsasən 20-40 yaşlarda müşahidə edilir. Hər 5-ci halda patologiya neyrocərrahi müdaxilənin ağırlaşması kimi formalaşır.
Şəkərli diabet pozğunluqların baş vermə səviyyəsinə əsasən təsnif edilir. Müasir endokrinologiyada xəstəliyin mərkəzi və böyrək mənşəli formaları ayırd olunur. Mərkəzi şəkərsiz diabet zamanı pozğunluqlar hipotalamus tərəfindən antidiuretik hormonun sekresiyası və ya onun qana ifrazı səviyyəsində baş verir. Böyrək mənşəli formada isə nefronların distal kanalcıqlarının hüceyrələrinin ADH-yə həssaslığının pozulması qeydə alınır.
Mərkəzi şəkərsiz diabet idiopatik (ADH sintezinin zəifləməsi ilə xarakterizə olunan irsi xəstəlik) və simptomatik formalara bölünür. Simptomatik şəkərsiz diabet anadangəlmə və ya qazanılmış olur. Anadangəlmə forma ADH geninin mutasiyası nəticəsində əmələ gəlir. Qazanılmış simptomatik şəkərsiz diabet isə kəllə-beyin travmalarından, baş beynin şiş və infiltrativ proseslərindən, meninqoensefalitdən sonra inkişaf edir.Nefrogen şəkərsiz diabetə nisbətən az təsadüf olunur. Böyrək mənşəli formaya nefronun anatomik yetərsizliyi və ya antidiuretik hormona qarşı reseptor həssaslığının pozulması səbəb olur. Bu pozğunluqlar anadangəlmə xarakter daşıya və ya nefronların medikamentoz və yaxud metabolik zədələnmələri fonunda meydana çıxa bilər.Baş beynin neoplaziyalarının uğurlu şəkildə xaric edilməsindən, vərəm, malyariya, sifilis mənşəli şəkərsiz diabetin spesifik müalicəsindən sonra sağalma müşahidə oluna bilər. Əvəzedici hormonoterapiya adekvat təyin edildikdə bir çox xəstələrdə əmək qabiliyyəti saxlanılır. Xəstəliyin digər formaları ilə müqayisədə uşaqlarda qeydə alınan nefrogen şəkərsiz diabetin gedişi daha az qənaətbəxş sayılır.
Orqanik.az