Ürək-damar sistemi və ağ ciyərlərin dostu olan brokoli müxtəlif xəstəliklər zamanı da çox əhəmiyyətlidir.
Orqanik.az Axar.az-a istinadən xəbər verir ki, brokoli dərinin sağlam və hamar qalmasına müsbət təsir göstərir.
A, B1, B2 və C vitamini ilə çox zəngin olan bu tərəvəzi normal qaydada istifadə etdikdə bədənin 2 günlük C vitamini ehtiyacını qarşılayır. Güclü antioksidant mənbəyidir. İstehsal etdiyi sulforafen maddəsi ilə döş və prostat xərçənginə yaxalanma riskini azaldır. Bol lif və beta-karoten istehsal etdiyi üçün bağırsaqlar və həzm sisteminə də faydalıdır. Xolesterolu aşağı salır. Qəbizliyi aradan götürür. Allergiyaya qarşı xeyirlidir. Sinir sistemini qoruyur, immuniteti gücləndirir. Gözün dərmanıdır. Şəkər xəstələrində şəkər səviyyəsini aşağı salır. Uşaqlarda sümük möhkəmlənməsinə kömək edir.
Çiy brokoli daha çox faydalıdır. Lakin az miqdar su ilə qaynadılan brokolinin çıxan suyunu içmək menapoza müsbət təsir edir. Bişirildiyində bütün vitaminləri suya keçdiyindən bu su mütləq içilməlidir. Bu suyu şorbalarda da istifadə edə bilərsiniz. Yüksək miqdarda kükürd, kalium, selenium maddələri istehsal edən çiy brokoli suyunu alma və kök suyu ilə qarışdıtrdıqda daha çox təsirli olur. Brokolidən pəhriz zamanı da çox istifadə edirlər. Həftədə ən az 2 dəfə brokoli yemək faydalı olar.
Bu bitkinin çiçək və zoğ hissəsindən istifadə edilməsi tövsiyə olunur, çünki daha çox sellüloza və lif həmin hissədə yerləşir. Rəngi saralmış brokolini istifadə etməməyiniz tövsiyə olunur.
Orqanik.az