Şəfasını saymaqla bitməyən BİYAN kökü – Məşhur həkimdən resept

Biyan bitkisi şəfasını saymaqla bitməyən bir nemətdir. Müalicə məqsədilə biyanın köklərindən istifadə olunur. Biyan köklərində təbii saponinlər vardır, saponinlər hormonal təsir göstərərək insanın halını anındaca dəyişir, əhval-ruhiyyəni yaxşılaşdırır, halsızlığı götürür, insana bir gümrahlıq gətirir.

Orqanik.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov biyan kökünün faydalarından danışarkən deyib.

“Biyan köklərində daha bir qiymətli maddə – qliçirizin vardır, qliçirizin öskürək əleyhinə əvəzolunmaz bir vasitədir. Biyan çayı sinəni yumşaldır, bəlğəmi təmizləyir, səs tutulmasında, bronxitdə, göy öskürəkdə, astmada, səs tutulmasında (inaq olmada) müsbət nəticə verir”, – deyə F.Hüseynov bildirib.
Fitoterapevtin sözlərinə görə, biyan kökü dəmləməsi hətta ağız yaralarında, anginalarda və faringitdə də çox yaxşı nəticə verir. Biyan kökü dəmləməsi mədə qıcqırmalarında yaxşı təsir göstərir, biyan çayının 1 stəkan ac qarına içilməsi qıcqırmanı dayandırır, mədə və bağırsaq yaralarında (qastrit, kolit) faydalıdır.
Həkim bir çox xəstəliklərdə faydalı olan biyan kök reseptini təqdim edib:

2 xörək qaşığı biyan kökünü 1 stəkan suda 10 dəqiqə qaynadın, 20 dəqiqə dəmləyin, qatı gel halında olacaq, bu geldən ekzema və psoriaz (dəmrov) olan hissələrə gündə 2 dəfə vurun çox yaxşı təsirini görəcəksiniz.
Ümumiyyətlə, biyan çayının içilməsi də sağalmaz dəri yaraları üçün faydalıdır. Biyan çayı böyrəkləri duz və qumlardan təmizləyir, böyrəküstü vəzidən qaynaqlanan yüksək qan təzyiqində çox faydalıdır, biyan çayı qaraciyər və dalaq üçün də faydalıdır. Biyan çayının faydası çox olsa da bu bitkini 20 gün içəndən sonra yaxşı olar 10-15 gün ara verib sonra yenə içəsiniz.
Biyan kökü gündə 3 dəfə 1 çay qaşığı 1 stəkan suda 5 dəqiqə zəif odda qaynadılır, 10 dəq dəmlənilir, yeməkdən 30 dəq əvvəl içilir. Biyan çayı çox şirin olduğundan suyun miqdarını 2 stəkanda edə bilərsiniz məsələn, 1 çay qaşığı 2 stəkan suda dəmlənərək içilir. Biyan çayına nanə yarpağı və ya limon sıxıb içə bilərsiniz.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.