Bədənin davamlı qızdırması orqanizmdə bədxassəli prosesdən xəbər verə bilər.
“Medicina” xəbər verir ki, rusiyalı məşhur həkim Aleksandr Myasnikov hansı xəstəliklərdə davamlı qızdırmadan danışıb.
“38 dərəcədən yuxarı qızdırma, hansı ki, 1-2 ay davam edir, günün müəyyən hissəsi qalxır və bununla belə xəstədə qrip, virus, başqa əlamətlər olmur, qanın onkoloji xəstəliyindən xəbər verir.
Bu əlamətlə leykoz, limfoma özünü göstərir.
Eyni zamanda davamlı istilik böyrəklərin şişlərində olur.
Əgər qızdırma 15 gündən artıqdır, davam edirsə və siz özünüzü normal hiss edirsizsə, mütləq birinci terapevtə, daha sonra onkoloqa görünün”.
Orqanik.az