Mədə və bağırsaq xəstəlikləri zamanı şüyüd ağrıkəsici, spazmolitik, qazçıxarıcı, həzmi yaxşılaşdıran və sakitləşdirici təsir göstərir.
Xolesterol zamanı şüyüdün yarpaqlarında olan triqliserid müalicəvi təsir göstərir. 2008-ci ildə İranın Biokimya və Biofizika institutu heyvanlar arasında apardığı araşdırmalara əsaslanaraq şüyüdün qanda xolesterolun miqdarını aşağı salmaq qabiliyyətinə malik olduğunu sübut etmişdir.
Şəklərli diabet zamanı şüyüd qanda şəkərin miqdarını azaltmaq üçün istifadə edilir.
Şüyüdün tərkibində olan monoterpen orqanizmdə olan toksinlərə qarşı təmizləyici təsir göstərir.
Şüyüdün antimikrob təsirə malıik olması haqqında 2006-cı ildə Vyana Universiteti tərəfindən nəşr olunmuş “Journal of Food Science” jurnalında geniş məqalə dərc olunub. Bu məqalədə şüyüd yağının bir çox mikrobları məhv eləmək qabiliyyətinə malik olmasını qeyd edilib.
İstifadəsi:
Müalicə məqsədilə şüyüdün həm yarpağından, həm də toxumundan istifadə edilir. Əgər daha yaxşı faydalanmaq istəsəniz onun təzə yarpaqlarından bol-bol yeyin. Soyuducuda şüyüd yarpaqlarını 3 gün müddətində saxlamaq olar. Quru və günəş olmayan yerdə qurudulan şüyüdün də istifadəsi çox faydalıdır. Müalicə məqsədilə şüyüdün dəmləməsindəm istifadə etmək mümkündür. Bu zaman yarım dəstə təzə şüyüdün üzərinə 300 qram qaynar su tökülür və 10 dəqiqə dəmləməyə qoyulur. Qurumuş şüyüddən dəmləmə hazırladıqda isə 1 çay qaşığı quru şüyüd götürülür.
Dəmləməsini içə bilməyənlər şüyüdü müxtəlif cür istifadə edə bilərlər:
* qatığa doğrayıb
* soyuq sedviçlərin arasına qoyub
* salatların tərkibində
* yeməklərin yanında.
Orqanik.az