Bəzən duş qəbul edəndə və ya dənizdə çiməndə qulağa su düşə bilər.
Bu hal diskomfort yaradır və həmçinin qulaq infeksiyasının riskini artırır. Bu səbəbdən suyu qulaqdan mümkün qədər tez çıxartmaq lazımdır.
Bunun üçün bəzi sadə üsullar var. Orqanik.az sizə bu üsulları təqdim edir.
1. Su olan qulağı aşağı əyin, ovucunuzla kip bağlayın və sonra əlinizi tez çəkin. Bu zaman qulaqda vakuum yaranır və bu da suyun qulaqdan çıxarmasına kömək edir.
2. Qulağınızı fenlə qurudun. Hava ilıq olmalıdır, feni qulaqdan 30 sm məsafədə saxlayın.
3. Qulağa 2 damcı spirt tökün. Spirti istifadə etdikdən əvvəl bir qədər qızdırın.
4. Su düşmüş qulağın üzərində uzanın ki, su çölə axsın.
5. Saqqız çeynəyin. Bu suyu çölə itələyəcək.
6. Əsnəyin.
7. Qulağınızın üzərinə isti bir şey (qrelka və s.) qoyun və bir az saxlayın.
8. Burnunuzu barmaqlarınızla sıxın və bir neçə dəfə udqunun.
Əgər qulaqda ağrı, eşitmənin pisləşməsi, irinli ifrazatlar kimi simptomlar əmələ gələrsə, vaxt itirmədən LOR həkiminə müraciət edin.
Orqanik.az