Hər bir müalicədə mütləq bu və ya digər risklər mövcuddur. Lakin, götürülən yumurtaların və spermaların laboratoriya şəraitinə mayalandırılaraq qadına köçürülməsi yolu ilə həyata keçirilən süni mayalanma müalicəsi zamanı istifadə edilən dərmanlar və proseduraların əks təsir göstərməsi çox nadir hallarda müşahidə olunmuşdur. İstifadə edilən dərmanların mümkün əks təsiri aşağıda qeyd olunduğu şəkildə ola bilər:
Dərmanların əks təsiri:
Süni mayalanma müalicəsində yumurtaların bir və ya daha artıq yumurta əmələ gətirməsini təmin edən xəbərdarlıqlı dərmanlara ehtiyac duyulur. Bu zaman istifadə edilən dərmanların aşağıdakı əks təsirlər göstərə bilər:
Əhval-ruhiyyədə dəyişiklik, allergik reaksiyalar, qarın ağrısı, ishal, qusma və ürək bulantısı;
İnyeksiya edilən sahələrdə az miqdarda göyərmə və ağrı.
Yumurtalığın hiperstimulyasiyası sindromu (OHSS, Ovarian hyperstimulation syndrome) süni mayalanma müalicəsində xəstələrin bir qismində müşahidə oluna bilər. Bu özünü narahatlıq, ürək bulantısı, qusma, çəki artması, şişkinlik şəklində təzahür etdirə bilər. Ümumiyyətlə öz-özlüyündə yaxşılaşan ağırlaşmadır və çox nadir hallarda bunun üçün dərman lazım olur. Müalicə prosesi üçün istirahət və bol zülal tərkibli qidalanma kifayətdir.
Yumurta toplama prosedurasının riskləri:
Yumurta toplama prosedurası anesteziya tətbiq edilərək xəstə yuxuda olarkən həyata keçirilir və yumurtalar uzun və nazik iynə vasitəsi ilə götürülür. Yumurta toplama prosedurası zamanı meydana çıxa bilən risklər aşağıdakılardır:
Prosedura zamanı və ya proseduradan sonra orta dərəcədə narahatlıq hiss oluna bilər.
Pelvik damarlarda və ya yumurtalıqlarda yüngül qanamalar müşahidə oluna bilər. Bu vəziyyət çox nadir hallarda müdaxilə əməliyyat tələb edə bilər və qorxulu hal deyildir.
Olduqca nadir hallarda yüngül və ya şiddətli pelvik infeksiya müşahidə
oluna bilər. Bunu həkiminizin verəcəyi antibiotiklərlə müalicə edə bilərsiniz.
Embrion köçürməsinin əks təsirləri:
Embrion köçürülməsindən sonra çox nadir hallarda qanama, yüngül ağrı və ya ləkələnmə müşahidə oluna bilər. bunun üçün hər hansı bir dərman və ya müalicəyə ehtiyac yoxdur. Antibiotik müalicəsinə ehtiyac duyulacaq infeksiya çox nadirən müşahidə oluna bilər.
Bir neçə uşaq olma ehtimalı:
Süni mayalanma müalicəsinin ən mühüm risklərindən biri bir neçə uşaq olması ehtimalıdır. Adından da göründüyü kimi bir övlad nəzərdə tutarkən əkiz və ya daha artıq övlada hamilə qalma halıdır. Bu hamiləlik özü ilə yanaşı bir sıra risk daşıyır. Bu risklərdən bəziləri bunlardır:
Hamiləlik diabeti (gestasionel)
Erkən doğuş
Yüksək qan təzyiqi
Uşaqlığın qanaması
Ən minimum sayda embrion köçürülməsi bir neçə uşağa hamilə qalma ehtimalını azaldır.
Anadangəlmə qüsur ehtimalı:
Süni mayalanma müalicəsi ilə dünyaya gələn körpələrdə anadangəlmə qüsur ehtimalı yoxdur. Süni mayalanma müalicəsi ilə dünyaya gələn körpələrdə risk normal yolla dünyaya gələn körpələrdə olan risklərlə eynidir. Anadangəlmə qüsur ehtimalı 3%-5%-dir.
Körpənin düşməsi ehtimalı:
Anadangəlmə qüsur ehtimallarında olduğu kimi körpənin düşməsi ehtimalı də normal yolla dünyaya gələn körpələrdə nə qədərdirsə süni mayalanma yolu ilə dünyaya gələn körpələrdə də eynidir. Uşağın düşməsi ehtimalı yuxarı yaşlarda daha çox müşahidə olunur. 40 yaşlarında olan qadınlarda uşağın düşməsi riski orta hesabla 50%-dir.
Orqanik.az