Sümüklərdə baş verən xəstəliklərin əlamətləri qəfil üzə çıxır. Əlamətlər üzə çıxana qədər sümüklərin qığırdaq toxuması zədələnmiş, sümüklər isə öz keyfiyyətini itirmiş olur. Bu dövrdə isə sümüklərdə daxili sınmalar və oynaqlarda əyilmələr meydana çıxır. Bu zaman sümüklərdə baş verən patoloji əlamətləri aradan qaldırmaq çətin olur. Baş verən patoloji proseslər hər yaş dövründə özünəməxsus olur. Sümüklərdə baş verən xəstəliklərin əksəriyyəti 30 yaşdan sonra baş verir. Bu isə özünü sümüklrdə ağrılar, iltihab əlamətləri,sümüklərdə əyilmələr və hərəkət zamanı çətinliklərin olması ilə göstərir.
Sümüklər arası qığırdaq toxumanın da öz keyfiyyətini itirməsi prosesi zəif inkişf etdiyinə görə insan qığırdaq toxumanın xəstələnməsini hiss etmir.Xəstəliyin əlamətləri üzə çıxdıqda isə iş-işdən keçmiş olur. Yəni, sümüklərdə əyilmələr, artroz inkişaf edir.
Mütəxəssislər insanlara yaşlandıqca sümüklərində və qığırdaq toxumada xəstəliklərin baş verməməsi üçün aşağıdakı qidalardan istifadə etməyi məsləhət bilir.
Balıq
Balıq ətində Omeqa 3 yağının bol olduğu üçün mütəxəssislər insanlara hər gün balıq əti yeməyi məsləhət bilirlər.Balıq ətində olan Omeqa 3 yağı və D vitamini sümüklərin və qığırdağın sağlam olmasına birbaşa təsir edir. Bu ən çox qızıl balıq, ağ balıq və forel balığına aiddir.
Badam
Gün ərzində bir ovuc badam və ya qoz yemək insanı yaşlandıqda baş verəcək sümük xəstəliklərindən qoruyur. Sümüklərdə artroz xəstəliyinin inkişaf etməsinə sərbəst radilalların hərəkəti səbəb olur.Bunun baş verməməsi üçün isə orqanizmə lazım olan qədər E vitamininin daxil olması vacibdir. E vitamini sərbəst radikallara qarşı mübarizə aparır və orqanizmi sümük sistemində baş verəcək xəstəliklərdən qoruyur. Badam və ya qoz olmadıqda bunu araxis və günəbaxan tumu ilə də əvəz eləmək mümkündür.
Alma
Qığırdaq toxumanın sağlam inkişaf etməsində kollagenlərin rolu böyükdür. İnsan yaşlandıqca orqanizmin kallogen əmələgətirmə prosesi zəifləyir. Almanın tərkibində kollagenlərin ifraz olnmasını sürətləndirən maddələr var. Bu maddələr almanda çiy və təzə halda olarkən daha çox olduğuna görə mütəxəssislər hər gün alma yeməyi məsləhət bilir.
Qırmızı və qara lobya
Bütün paxlakimilər fəsilsinin toxumlarında toxumaların möhkəmlənməsinə səbəb olan maddəər. Bu maddələrdən isə ən çox qırmızı və qara lobyanın tərkibində var. Qırmızı və qara lobya tərkibində oksidantların miqdarına görə digər birkilərdən daha üstün sayılırlar. Bu bitkilər orqanizmdəki iltihabi proseslərin aradan qalxmasını sürətləndirir. Bu isə sümüklərin sağlam olmasına səbəb olur.
Brokkli kələmi
Brokkli kələminin tərkibində sulfopafan var. Bu maddə orqanizmin aktivliyini, gücünü qorutub saxlaya bilir. Brokkli kələminin osteoartrit də daxil olmaqla bütün sümük xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır. Bu səbəbdən də mütəxəssislər hər gün qida rsionuna brokkli kələmi daxil etməyi mələhət bilirlər.
Qırmızı kələm
Tərkibində kalsiumun miqdarının çox olması qırmızı kələmin sümüklər üçün faydalı olduğunu təsdiq edir.Onun tərkibində olan mikroelemeentlərin çoxluğu qığırdaq toxumasnın keyfiyyətinə də təsir edir.
Süd məhsulları
Süd və süd məhsulları tərkibində olan mikroelementlərin və kalısiumun miqdarına görə sümük sistüminin möhkəmlənməsinə səbəb olur. Bu qidalardan gün ərzində normal miqdarda istifadə etdikdə isə sümük daxilində baş verən sınmaların sayı azalır və ya dayanır.
Orqanik.az