Dietoloq Mari Kletaninanın sözlərinə görə, yetkinlərə süd və fermentləşdirilmiş süd məhsulları yemək məsləhət görülmür.
Orqanik.az xəbər verir ki, həkim bu barədə “А теперь внимание!” portalına müsahibəsində danışıb. Ekspertin sözlərinə görə, belə qidalar zəif həzm olunur və xeyirdən çox zərər verir.
“Şişkinlik, köp, ürəkbulanma, mədədə ağırlıq, dəri səpgiləri, daimi yorğunluq və dəyişkən əhval-ruhiyyə süd və fermentləşdirilmiş süd məhsullarının mümkün nəticələridir”, – həkim vurğulayıb.
O, həmçinin əlavə edib ki, insanların əksəriyyəti laktoza qarşı dözümsüzlükdən və süd məhsullarına qarşı allergiyadan əziyyət çəkir, ona görə də belə qidalar orqanizmi həddən artıq yükləyir və insanlar üçün qida dəyəri daşımır. (publika.az)
Orqanik.az