“Suçiçəyi peyvəndi meymunçiçəyinə qarşı da effektivdir” – ÜST

“Suçiçəyinə qarşı istifadə edilən peyvənd meymunçiçəyi infeksiyasına qarşı mübarizədə 85 faiz effektiv təsirə malikdir”.

Orqanik.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) elmi tədqiqatların nəticələri əsasında elan edib.

Qeyd edilib ki, suçiçəyinə qarşı peyvəndin mütəmadi tətbiqi 1980-ci ildə dayandırılıb və buna səbəb virusun kökünün kəsilməsinin elanı olub.

ÜST tərəfindən açıqlanıb ki, bu ilin may ayından başlayaraq Afrikadan kənarda rastlanan meymunçiçəyinə yoluxma hallarının heç biri ölümlə nəticələnməyib. Yoluxanların 90 faizi xəstəlikdən tam şəkildə sağalıb.

İndiyədək meymunçiçəyinə yoluxma halları dünyanın 28 ölkəsində aşkarlanıb (1300-ə yaxın yoluxma halı). Afrikada bu virus onillərdən bəri məlumdur və bu ilin əvvəlindən etibarən səkkiz Afrika ölkəsində ümumilikdə 1500 yoluxma və 72 ölüm halı qeydə alınıb.

Beynəlxalq qurum virusun bütün dünya üzrə yayılma ehtimalını cüzi hesab edir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.