Su bədəndən toksinləri çıxarır, maddələr mübadiləsini və bağırsaqların fəaliyyətini aktivləşdirir. Bütün bunlar yağ yandırma prosesini başladır. Adi içməli suyun müntəzəm və düzgün istifadəsi arıqlamağa kömək edəcək. Bu qənaətə yapon alimləri gəlib.
Orqanik.az lent.az-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, yuxudan oyandıqdan sonra qəhvə və ya çay əvəzinə otaq temperaturunda bir stəkan su içmək lazımdır. Maye qəbul etdikdən dərhal sonra dişlərinizi fırçalamalı, 45 dəqiqədən sonra səhər yeməyini yeməlisiniz.
Alimlər deyirlər ki, su içmək aclıq hissini azaldır. Səhər yeməyindən sonra iki saat ərzində heç nə yeməmək tövsiyə olunur.
Ac qarına su bədəndən bir gecədə yığılan toksinləri çıxarır, maddələr mübadiləsini və bağırsaqların fəaliyyətini aktivləşdirir, mədə yanmasının da qarşısını alır.
Beləliklə, səhərlər bir stəkan sudan müntəzəm istifadə və gün ərzində balanslı bir pəhriz ilə artıq çəki tədricən yox olacaq. Bir ay ərzində, elm adamlarının fikrincə, qan şəkəri və qan təzyiqi normallaşa bilər.
Orqanik.az