Beynəlxalq Tibbi Klaster Fondunun baş direktorunun müşaviri, tibb elmləri namizədi, kardioloq Yaroslav Aşıxmin xroniki stressin yaratdığı fəsadları açıqlayıb.
Orqanik.az bakupost.az-a istinadən xəbər verir ki, həkim uzunmüddətli stressin orqanizmin ürək-damar, sinir və hətta immun sisteminə mənfi təsir göstərdiyini deyib.
“Əvvəllər hesab olunurdu ki, yalnız kəskin stress ürək üçün təhlükəlidir. Ancaq indi başa düşürük ki, xroniki stress sağlamlığa fəlakətli təsir göstərir. İnsanların təzyiqi yüksəlməyə başlayır. Xroniki stresslə əlaqəli olan hipertoniyalı xəstələrim çoxdur. Biz uzun müddət davam edən stress şəraitində həyata pis uyğunlaşırıq”, – Aşıxmin “Sputnik” radiosuna müsahibəsində qeyd edib.
Həkim əlavə edib ki, yüksək qan təzyiqi gələcəkdə infarkt və ya insultla nəticələnə bilər: “Ancaq bu baş verməsə də, təzyiq istənilən halda daxili orqanların sağlamlığına xələl gətirir. Xüsusən də beyin əziyyət çəkir, bu da yaddaşın pozulmasına və əqli funksiyanın azalmasına səbəb olur. Göz alması vəziyyəti təzyiqdən pis təsirlənir”.
Kardioloq bildirib ki, insanlar qan təzyiqinə nəzarət etməlidir. Nəfəsalma məşqləri, yaxınlarınızın dəstəyi, nizamlı gündəlik iş rejimi və “rəqəmsal detoks” stressin öhdəsindən gəlməyə kömək edəcək.
Orqanik.az