Yaz mövsümündə günəş, hovuz, dəniz və tez yuma kimi səbəblərlə saçımız zəifləyərkən qışda da, hava şərtlərinin dəyişməsi və saçları zəiflətmə səviyyədə olması, insanların ən əhəmiyyətli aksessuarı olan saçlarına mənfi təsir edir. Qış mövsümündə qarlı yağışlı və soyuq havalar saçların sağlamlığını itirməsinə səbəb olur və bu səbəblə qış aylarında saçlar daha çox baxıma ehtiyac duyar.
Qış mövsümündə saçlara qulluq necə omalıdır?
Payızın gəlməsiylə başlayan saç problemləri qışda gedərək artır, yağlı saçlardakı yağlanma artar, quru saçlar daha çox quruyar. Mövsüm dəyişikliyi saç tökülməsi problemini sürətləndirər. Qış aylarında saçınızı yuduğunuzda, yaxşıca qurutmadan çölə çıxa bilmirsiniz və bu saç və dərinizin sıx fen istiliyinə məruz qalmasına səbəb olur, nəticədə saçlar daha çox zərər görür.
Saçlarınızın oksigen vacibliyini unutmayın!
Küləkli və soyuq havalarda havadakı nəm azaldığı üçün saç dərisi və saçlarınız daha çox quruyar. Bu problemin həlli üçün qoruyuculardan istifadə etməlisiniz. Ancaq bu məhsullar çox möhkəm və bağlı olmamalıdır. Pis hava şərtlərindən saç və saçlı dərini qoruyaq deyərkən, havasız qalmasına, bu səbəblə saçların zəifləyib tökülməsinə səbəb olmamalıyıq.
İsti su və quruducu zərər verə bilər!
Qışda havaların soyuq olması səbəbiylə daha isti su ilə duş alırıq. Saç və saçlı dəri sağlamlığı üçün edilən ən böyük səhvlərdən biri də budur. Bir tərəfdən soyuq hava digər tərəfdən çox isti su ilə alınan duş və arxasından saçı qurutmaq məqsədi ilə istifadə edilən fen səbəbiylə, ortaya çıxan həddindən artıq istilik dəyişmələri saçların daha çox zərər görməsinə səbəb olur. Saçlı dərinin quruması və saç tökülməsi kimi xoş olmayan problemlər doğurur. Çox tez saçınızı yumaqdan qaçının. Həftədə 2-3 dəfə yuyulması saçınızın sağlam və baxımlı olması üçün kifayətdir.
Xalq arasında bəzi maddə və bitkilərlə əldə edilən qarışıqları saçlarınıza tətbiqindən uzaq olun. Bu maddələr saçınıza zərər verə bilər. Bazarda olan yaxşı markaların baxım məhsulları uzun araşdırmalar nəticəsində çıxarılmış və sınanaraq bazara sürülmüşdür. Mümkün olduğunca saçınıza baxım edərkən bu məhsullardan istifadə etməyə çalışın. Saçınıza uyğun kosmetikaları seçim edin, çünki saçınıza uyğun olmayan məhsullar saç və saç dərisi ilə əlaqədar problemlər yaşamanıza səbəb olacaq.
Orqanik.az