Soyuq hava təəssüf ki, dəriyə mənfi təsir edir. Bu səbəbdən havalar isindikcə istər cildin, istərsə də saçların yeni hava şəraitinə davamlılığını artıqmaq üçün qulluq üsullarını və vasitələrini dəyişdirməyə ehtiyac duyulur.
Orqanik.az Axşam.az-a istinadən qış fəslinin səbəb olduğu dəridəki qızartını, quruluğu, səpgiləri, sızanaq və ləkələri aradan qaldıracaq, zədələnmiş saçların bərpasını sürətləndirən maskaları təqdim edir.
Cild üçün:
1 xörək qaşığı toz halına salınmış yaşıl çay
1 çay qaşığı limon suyu
3 çay qaşığı bal
1 çay qaşığı soda
Bütün inqridientləri qarışdırıb üz və boyuna çəkin. 20 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. Bu maskadan həftədə bir dəfə istifadə edin.
Bu maska ilk tətbiqdən etibarən dərini təravətləndirəcək, onun nəfəs almasına imkan verərək qan dövranını sürətləndirəcək. Məsamələri təmizləyən bu qarışım sızanağın yaranmasının qarşısını alacaq.
Saç üçün;
Zeytun yağı (1 xörək qaşığı)
küncüt yağı (1 xörək qaşığı)
gənəgərçək yağı (1 çay qaşığı)
badam yağı (1 xörək qaşığı)
lavanda yağı (1 xörək qaşığı)
Bütün ləvazimatları qarışdırıb dörd gündə bir dəfə duşadan əvvəl saç diblərinə çəkin. Ən azı 2 saat gözlədikdən sonra yuyun.
Bu maska qan dövranını sürətləndirəcək və baş dərisini infeksiyalardan təmizləyəcək, qoxu və kəpəyin qarşısını alacaq. Həmçinin saçların uzanmasına müsbət təsir edəcək.
Orqanik.az