Soyuğun orqanizmə patoloji təsiri

Temperaturun azalması orqanizmə çox vaxt xarici mühitin zərərli amilləri ilə birlikdə təsir göstərir. Sürətli əsən külək və yüksək rütubət soyuğun zədələyici təsirini artırır. Bundan əlavə orqanizmin müqavimətinin azalmasına və istilik təmziminin pozulmasına səbəb olan bir sıra endogen və ekzogen amillər soyuğun patogen təsirini qüvvətləndirir. Bunlara aşağıdakılar aiddir:
– geyimin nazik olması
– paltarların islaq olması
– ayaqqabıların sıx və yaş olması
– arıqlama
– aclıq
– yorğunluq
– xəstəliklər
– qanitirmə
– sərxoşluq.
Şərait eyni olduqda soyuq nəticəsində baş verən patoloji prosesin ağırlıq dərəcəsi havanın temperaturunun nə dərəcədə aşağı olmasından asılıdır. Bu arada orqanizmin yaşının da az və çox olması xəstəliyin ağırlıq dərəcəsinin necə olmasında rolu böyükdür.
Aşağı temperatur olduqda bədən soyuyur. Buna hipotermiya deyilir. Soyuq mühitə düşmüş bədəndə əvvəlcə fiziki istilik tənzimi mexanizmləri dəyişikliyə uğrayır. Soyuq şəraitdə periferik damarların spazmı baş verir. Bu zaman dəriyə gələn qanın miqdarı azalır və tər ifrazı zəifləyir. Soyuğun orqanizmə təsiri nəticəsində baş verən reaksiyalarda neyrohumoral tənzim mexanizmləri aktiv iştirak edir. Belə ki, dərinin temperatur reseptorları mühitin soyuqluğu nəticəsində yaranan impulsları hipotalamusda olan istilik tənzimi mərkəzlərinə və mərkəzi sinir sisteminin ali şöbələrinə ötürür. Bu mərkəzlərdən efferent yollar vasitəsilə istilik balansının tənzimində iştirak edən orqan və sistemlərə siqnallar verilir. Hərəki sinirlər vasitəsilə sklet əzələlərinə verilən impulslar əzələlərin tonusunu artırır və onlar titrəyir.
Orqanizm uzun müddət soyuq qaldıqda isə bütün daxili orqanlarda və hətta endoksin sistemdə də patoloji dəyişikliklər meydana çıxır. Soyuğun orqanizmə təsirinin ağırlıq dərəcəsindən asılı olaraq baş verən dəyişikliklər mübadilə prosesini azaldır, tənəffüs sistemi və ürək-damar sisteminə pis təsir göstərir. Ağır hallarda geri dönməyən proseslər baş verə bilir. Bədən temperaturunun 25-24*-ə qədər enməsi ölümə səbəb olur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.