Hər faydalı bitki dərman hesab edilə bilməz. Dərman bitkilərinin istifadəsi zamanı isə dozanı dəqiqliklə tətbiq etmək lazımdır.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, söyüd ağacı dərman bitkisi kimi istifadə edilə bilən bitkilərdən biridir.
Söyüd ağacı ölkəmizdə də kifayət qədər tanınır. Bu ağac gözəl görünüşə malik olması ilə yanaşı həm də faydalıdır.
Dərman məqsədilə söyüdün bir çox hissələrindən, budaqlarından, yarpaqlarından, hətta çiçəklərindən istifadə edilir. Bu bitki qızdırmasalıcı, ağrıkəsici, qankəsici, ödqovucu xüsusiyyətlərə malikdir. Bu bitkinin tumurcuqları çox miqdarda vitaminə malikdir.
Yazın gəldiyi və immunitetin düşdüyü bir vaxtda söyüd tunurcuğundan hazırlanan çay əsil çarə ola bilər.
Çayın xoşagələn qızılı rəngi və acı dadı olur. Bu içkini qrip və soyuqdəymə zamanı içmək məsləhətdir. Həmçinin də qızdırmanı salır, toksinləri bədəndən çıxarır. Əzələ ağrılarını azaldır. Buna görə də podaqra, ostexondroz və revmatizm xəstəlikləri zamanı da faydalıdır.
Resept: 2 qr söyüd tumurcuğunu 1 litr suda dəmləyin və gün boyu için.
Söyüd tumurcuğunun süddə dəmləməsi quru öskürək zamanı bəlğəmgətirici vasitə kimi də istifadə edilir.
Resept: 1 x/q söyüd tumurcuğunun üzərinə 1 stəkan isti süd tökün. İçkiyə 1 ç/q sarıkök də əlavə etsəniz içki daha faydalı bir hala gələcək.
Orqanik.az