Mətbəximizin əvəzolunmazı şorbalar, havaların soyumasıyla birlikdə əhəmiyyət qazanır. Bəs şorba içməyin faydaları nələrdir? Evdar.az mütəxəssislərdən şorba içməyin faydalarını təqdim edir.
Ət, tərəvəz və paxlalı bitkilərlə hazırlanan şorbalar hər damaq dadına xitab edir, həm də qışda azalmağa başlayan maye qəbulunu da artırır.
Xüsusilə qış aylarında şorbanı süfrələrimizdən əskik etməməliyik.
Mütəxəssislər şorba içmək üçün 5 səbəbi sıraladı:
- Mədədən beyinə gedən toxluq siqnalının müddəti 20 dəqiqədir. Əksəriyyətimiz doymuruq, çünki ondan daha qısa müddətə yeyirik. Ancaq şorba içdiyimizdə müddət uzandığına görə toxluq siqnallarını alırıq.
- Şorba mədə divarının uzanmasına və buna görə toxluq mərkəzinin işləməsinə kömək edir.
- Şorba ilə yeməyə başlamaq iştahı kəsir. Buna görə daha az yemək yeyəcəksiniz. Xüsusilə arıqlamaq istəyənlər pəhriz proqramı tətbiq etdikdə nahar və şam yeməyinə mütləq şorba ilə başlamalıdır.
- Soyuq havalarda içilən şorba bədənə istilik verir.
- Havaların soyumasıyla birlikdə su istehlakımız azalır. Halbuki qışda sağlamlığıımız üçün kifayət qədər su içməliyi. Şorbalar birbaşa su ehtiyacımızı ödəməsə də, bədənimizə lazım olan maye qəbuluna böyük fayda verir.