Arıqlamaq üçün müxtəlif üsullardan istifadə olunur. Bunlardan biri də kalori çatışmazlığı üsuludur. Arıqlamaq üçün kalori çatışmazlığı son vaxtlar gündəmə gəlib. Ancaq bunu edərkən diqqətli olmaq və bir mütəxəssislə birlikdə etmək çox vacibdir. Çünki orqanizm lazımi funksiyaları yerinə yetirmək və orqanların sağlam fəaliyyətini təmin etmək üçün kaloriyə ehtiyac duyur. Buna görə bədənə lazım olduğundan daha az kalori qəbul etmək bəzi sağlamlıq problemlərinə səbəb ola bilər.
Kalori çatışmazlığı nədir?
Orqanik.az lent.az-a istinadən mövzu ilə bağlı təfərrüatları təqdim edir:
Kalori çatışmazlığı, yandırılmış kalorilərdən daha az kalori istehlak etmək deməkdir. Ancaq burada istehlak edilən qida miqdarına diqqət yetirmək lazımdır.
Gündəlik və ya həftəlik kalori ehtiyacından daha az kalori əldə edərək arıqlamağa kalori çatışmazlığı deyilir. Bu məqamda qidanın miqdarına və ölçüsünə diqqət yetirmək lazımdır.
Kalori çatışmazlığını necə yaratmaq olar?
Əvvəla, bədən funksiyalarına mənfi təsir göstərməməsi və əzələ itkisinin yaşanmaması üçün həddindən artıq olmamalıdır. Bu mənada gündəlik 300-dən 500-ə qədər kalori çatışmazlığı yarana bilər.
Kalori çatışmazlığı necə hesablanır?
Kalori çatışmazlığı, gün ərzində yandırılan kalorilərin sayından istehlak edilən kalorilərin miqdarını çıxmaqla hesablanır.
Kalori çatışmazlığı ilə arıqlamağa üstünlük verilirsə, qidalanmaya diqqət yetirməklə yanaşı idman da edilir. Həmçinin, hər kəsin ideal kalori çatışmazlığı fərqli ola bilər. Bu səbəbdən onu mütəxəssisin iştirakı ilə yaratmaq daha düzgün olardı. Şəkərli qidalar, ləzzətli qidalar və fast food istehlak edilməməlidir. Daha çox təzə tərəvəz və meyvələr yeyilməlidir. Uzun müddət toxluq hissini təmin edəcəyi üçün pretin qidalara üstünlük verilməlidir və fiziki fəaliyyət artırılmalıdır.
Şüursuz bir şəkildə kalori çatışmazlığı yaratmaq bədən funksiyalarına mənfi təsir göstərə bilər və kilo itkisinin qarşısını ala bilər. Bu səbəbdən kalori çatışmazlığı yaratmazdan əvvəl bir diyetoloqa müraciət edilməlidir.
Orqanik.az