Ucuz və populyar tərəvəz olan soğan birinci və ikinci növ diabet xəstəliklərindən əziyyət çəkən pasiyentlərin qanında şəkərin miqdarını çox qısa müddətdə – cəmi 4 saat ərzində aşağı salmaq qabiliyyətinə malikdir.
Orqanik.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, alimlər soğandan istifadə zamanı qanda şəkərin miqdarının 40 milliqram/desilitr aşağı düşdüyünü müəyyən ediblər.
Elmi işin müəlliflərindən biri olan Entoni Oçeh deyib: “Soğan ucuz və əlçatan olan ərzaqdır ki, yeməklərə ədviyyat qismində qatılır. Ondan diabet xəstələrinin müalicəsində də istifadə etmək mümkündür”.
Mütəxəssislər hesab edirlər ki, soğanın bu xassəsi onun tərkibində kversetin və sulfidlərin mövcudluğu ilə izah olunur. Kversetin antioksidant və iltihab əleyhinə təsirə malik olan yaxşı öyrənilmiş flavonoidlər qrupuna daxild
Orqanik.az