Smartfonların işığı yaşlılara necə təsir edir?

Müxtəlif qadcetlərdən gələn mavi işığın zərərli təsirlərinin insanın yaşı ilə əlaqəsi öyrənilib. Məlum olub ki, yaş keçdikcə bu zərər daha da arta bilər.

Orqanik.az oxu.az-a istinadən bildirir ki, bu barədə Oreqon Dövlət Universitetinin alimləri bəyan ediblər. Alimlərin bununla bağlı tədqiqatları “Medical Xpress”də dərc olunub.

Mütəxəssislər təcrübədə “Drosophila melanogaster” adlanan meyvə milçəyindən istifadə ediblər (Məhz bu həşəratların üzərində təcrübələrin aparılması onların insanlarla oxşar hüceyrə quruluşu modelinə malik olması ilə bağlıdır).

Alimləri zərərli şüalanmaya məruz qoyulan həşəratlarda təkcə mavi işığın hüceyrə mitoxondrilərinə patoloji təsiri deyil, həm də qocalmış subyektlərə təsirləri maraqlandırıb.

Əvvəlcə iki günlük böcəklər, sonra isə 20, 40, 60 günlük olanlar şüalandırılıb. Məlum olub ki, zərərli təsir yaşlı milçəklərdə daha çox özünü göstərir.

Qeyd edək ki, smartfon ekranından və ya kompüter monitorundan çıxan mavi işıq günəş işığının bənövşəyidən maviyə qədər olan spektrinin bir hissəsi olduğundan gözlər üçün zərərlidir. Bundan əlavə, uzun müddət mavi işığa məruz qalmaq, yuxu hormonu olan melatoninin normal istehsalını pozur. Bu səbəbdən yuxu qısa və narahat olur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.