Telefon və internetdə çox olanların barmaqlarında, daha çox çeçələ barmaq sümüklərində deformasiyalar yaranır ki, bu da tibbdə yeni diaqnoz olaraq “smartfon barmaq” adını alıb.
Orqanik.az xəbər verir ki, smartfonlar və internetin həyatımızı irəli apardığı danılmaz fakt olsa da, bu proseslərin insanların onurğası, gözləri və əllərində deformasiya yaratması da qaçılmazdır. Hazırda “telefona əyilmiş boyun” və “smartfon barmaq” sindromu yeni termin kimi tibbə daxil edilib.
Bütün dünyada yüz minlərlə insan barmaqlarında ağrı, şişkinlik, deformasiyalarla həkimə müraciət edirlər.
Həkimlər bu dəyişikliklərə səbəb olaraq əldə tutulan smartfonların ağırlığını göstərirlər.
Həm telefonun ağırlığı, həm telefonda mətn yığma, barmaqların daim hərəkətdə olması 1-2 il ərzində bağ və əzələlərin dartılması, əyilməsi və gərginləşməsinə gətirib çıxarır.
Mütəxəssislər bildirir ki, indiki gənclər 10 ildən sonra barmaqların osteoartritindən əziyyət çəkəcək.
Orqanik.az